Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mardin °C

İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib

İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib
REKLAM ALANI
04.08.2023
A+
A-

 

 

 

 

İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib

 

, 2023

 

 

 

 

İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib

 

 

 

 

 

Türkiyənin İğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə (anaokul) Şuşa adı verilib.

 

 

 

 

 

İğdırdakı Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən bu uşaq bağşasına Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb.

 

 

 

 

Baş redaktorun bu barədə İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və Şuşa adının uşaq bağçasına verilməsi barədə qərar qəbul edilib.

 

 

 

 

 

İğdır valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, 44 günlük Zəfər savaşından sonra azadlığına qovuşan Qarabağın Şuşa şəhərində Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin imzaladıqları Şuşa Bəyannaməsi ilə dünyaya çox anlamlı mesajlar verilib. “Bu il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edililib. Heydər Əliyev Fənn Liseyinin qarşısında Şuşa adlı uşaq bağçasının olması gözəl fikirdir. Şuşa Uşaq Bağçası şəhərimizə xeyirli olsun!”, – deyə vali söyləyib.

 

 

 

 

 

Cabbar Şıktaş qərara görə valiyə təşəkkürünü bildirib. 30 il işğal altında saxlanılan Şuşa şəhərinin Vətən müharibəsi və qardaş həmrəyliyi nəticəsində azad Şuşaya çevrildiyini xatırladıb. “Bir millət, iki dövlət” liderlərinin dosta güvən, düşmənə qorxu yaşatdığını xatırladan baş redaktor qeyd edib ki, Xocalı bizim ağrılarımızın ərşə çıxmasının rəmzi, Şuşa isə qələbəmizin, Vətən uğrunda gözlərini qırpmadan şəhadətə gedən igidlərimizin qəhrəmanlığının rəmzidir.

 

 

 

 

 

 

Qeyd edək ki, Topçular məhəlləsində inşa edilmiş Şuşa uşaq bağçası 8 sinif otağına malikdir və 160 yerlikdir. Məktəb müdiri Fatma Kurt bildirib ki, qəbul üçün hazırlıqlar davam edir.

Şuşa uşaq bağçasının lövhəsi rəsmi prosedurlar başa çatdıqdan sonra asılacaq.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/igdirda-yeni-mektebeqeder-tehsil-muessisesine-susa-adi-verilib-3305

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.