Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mardin °C

Hyuston şəhərində Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib

Hyuston şəhərində Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib
REKLAM ALANI
12.11.2023
A+
A-

 

 

 

 

Hyuston şəhərində Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib

, 2023

Hyuston şəhərində Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib

ABŞ-ın Texas ştatının Hyuston şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, ölkəmizə dost icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

 

 

 

 

Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

 

 

Günel Ağasoyun moderatorluğu ilə aparılan tədbiri giriş sözü ilə USACI-nin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov açaraq, soydaşlarımızı xalqımızın misilsiz bayramı – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında müstəsna xidmətləri olub.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Texas ştatında yaşayan soydaşlarımızı Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik edib. Bu il dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini vurğulayan sədr müavini ulu öndərin vətənimiz qarşısında misilsiz xidmətlərindən danışıb, onun əsas arzusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən yerinə yetirildiyini xatırladıb. “Ulu öndərin öz kökünə, xalqına məhəbbətini ifadə edən məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” misrasını hamımız qəlbimizdə məhəbbətlə daşıyırıq. Hesab edirik ki, Heydər Əliyev irsi həm xalqımız, həm də dünya təcrübəsi üçün mühüm məktəbdir. Milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə söykənən bu irs Qələbəyə aparan yoldur”, – deyə o, vurğulayıb.

 

 

 

 

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Mahmud Mahmudov, Dallas Universitetinin müəllimi, astrofizika üzrə professor Dürdanə Balakişiyeva, jurnalist Sofiya Tabarovskaya ulu öndərlə, onun ABŞ-a və Hyustona səfərləri ilə bağlı xoş xatirələrini bölüşüblər. Sofya Tabarovskayanın Heydər Əliyevin 30 il öncə Texasa səfəri zamanı yerli radioya müsahibəsinin bir hissəsini səsləndirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Natiqlər Zəfər və Bayraq günlərinin xalqımızın və dünya azərbaycanlıların həyatında rolundan danışıblar.

 

 

 

 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Heydər Əliyevlə bağlı xatirələri, azərbaycanlı tarixçi, “Bakının sirləri” televiziya layihəsinin müəllifi və teleaparıcı Fuad Axundovun tarixi hadisələrlə əlaqəli çıxışı tədbir iştirakçılarına video formatda çatdırılıb.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib.

Bədii hissədə Davud Əsgərlinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/hyuston-seherinde-heyder-eliyevin-100-illiyi-ve-zefer-gunu-qeyd-edilib-3784

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.