Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mardin °C

Marneulidəki Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri və sərgi təşkil edilib

Marneulidəki Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri və sərgi təşkil edilib
REKLAM ALANI
28.01.2024
A+
A-

 

 

 

 

Marneulidəki Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri və sərgi təşkil edilib

, 2024

 

 

 

 

Marneulidəki Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri və sərgi təşkil edilib

 

 

 

Gürcüstanın Marneuli rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Unutsaq, unudularıq!” mövzusunda anım tədbiri keçirilib.

 

 

 

 

Azərbaycan Evinin təşkilatçılığı ilə baş turan tədbirdə Marneuli Bələdiyyə Məclisinin üzvləri Ayaz Xudiyev, Adil Əliyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin müdir müavini David Kamaşidze və Marneuli ictimayyətinin nümayəndələri iştirak ediblər.

 

 

 

 

20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə Azərbaycan Evinin direktoru Məhəbbət İmanov açaraq, Azərbaycan və Gürcüstan xalqlarının müstəqillik uğrunda mübarizə tarixindən, sovet imperiyasının 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 29-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı qırğınların səbəblərindən danışıb. Bildirib ki, ölkələrimizin azadlığı uğrunda canlarından keçən qəhrəmanlar heç bir zaman unudulmur.

 

 

 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Marneuli Bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Türkiyə Maarif Məktəblərinin Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, ictimai-siyasi xadim, parlamentin sabiq deputatı Mahir Dərziyev, əməkdar jurnalist Nizami Məmmədzadə, din xadimi Əziz Nəbiyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycan dili müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək, 20 Yanvar faciəsi zamanı Gürcüstan əsilli 6 azərbaycanlının şəhid olduğunu diqqətə çatdırıblar. 20 Yanvar faciəsinin ertəsi günü o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq, öz etiraz səsini yüksəltdiyi, Kremli xalqımıza qarşı cinayət törətməkdə ittiham etdiyi və hadisələrə ilk siyasi qiyməti verdiyi xatırladılıb. Bildirilib ki, sovet imperiyasının bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub, lakin Kreml öz istəyinə nail ola bilməyib. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşub.

 

 

 

 

Tədbir çərçivəsində “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/marneulideki-azerbaycan-evinde-20-yanvar-faciesi-ile-bagli-anim-tedbiri-ve-sergi-teskil-edilib-4116

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.