Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mardin °C

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib
REKLAM ALANI
03.08.2023
A+
A-

 

 

 

 

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

2023

 

 

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

 

 

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub.

 

 

 

 

Qarabağa səfərin proqramı Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhərindən başlayıb. Öncə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda basdırılmış minalar barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb, iki yerüstü minanın təmizlənməsi əməliyyatı nümayiş etdirilib.

 

 

 

 

 

Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı erməni vandalizmi nəticəsində ərazidəki tarixi, mədəni və dini abidələrin əksəriyyətinin dağıdıldığı barədə məlumat verib.

Amerikalı jurnalistlər Cümə məscidini, Şəhidlər Xiyabanını və Ağdam Dram Teatrını ziyarət ediblər. Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklərini gizlətməyiblər.

Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.

 

 

 

Nümayəndə heyətini səfərdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət edib.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

 

 

 

Bakıya səfərin ilk günündə nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezident Administrasiyasında və Diasporla İş üzrə Dövlət Komitəsində görüşləri keçirilib. Qonaqlar Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də tanış olublar.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/bir-qrup-amerikali-jurnalist-ve-media-eksperti-agdama-sefer-edib-3299

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.