Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mardin °C

Stokholmdakı “Qarabağ” Azərbaycan həftəsonu məktəbində görüş keçirilib

Stokholmdakı “Qarabağ” Azərbaycan həftəsonu məktəbində görüş keçirilib
REKLAM ALANI
22.05.2024
A+
A-

Stokholmdakı “Qarabağ” Azərbaycan həftəsonu məktəbində görüş keçirilib

2024

Stokholmdakı “Qarabağ” Azərbaycan həftəsonu məktəbində görüş keçirilib

 

 

 

İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan-İsveç Mədəniyyət Birliyinin (SAF) nəzdindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbində müəllim heyəti, şagird və valideynlər ilə görüş keçirilib. Görüş iştirakçıları ilə müzakirələr aparılıb, onların fikirləri dinlənilib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşları da iştirak edib.

Qonaqları salamlayan “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin rəhbəri Sevda Dadaşova məktəbin fəaliyyəti barədə geniş məlumat verib və göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qeyd olunub ki, 50-yə yaxın şagirdi olan “Qarabağ” məktəbində musiqi, rəqs, ana dili dərsləri keçirilir və gələcəkdə idman, kulinariya dərslərinin tədrisi nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən “Qarabağ” məktəblərinin sayı və fəaliyyəti barədə geniş məlumat verib. O, Azərbaycan-İsveç Mədəniyyət Birliyinin (SAF) nəzdindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin “Qarabağ” adının yaşadılması, azyaşlı soydaşlarımızın Azərbaycana bağlılığının artırılması, ana dilini daha yaxşı bilməsi, vətənpərvər ruhda yetişdirilməsi kimi mühüm məqsədlərə xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlıların V Qurultayındakı çıxışı xatırladılıb və qeyd edilib ki, bütün azərbaycanlıları birləşdirən ana dilimizin xaricdə yaşayan soydaşlarımız tərəfindən öyrənilməsi vacibdir və bu istiqamətdə yeni ana dili məktəblərinin, həftəsonu məktəblərinin açılması çox önəmli bir hadisədir. Görüşdə “Qarabağ” həftəsonu məktəblərinin fəaliyyətinin Komitənin diqqətində olduğu vurğulanıb. Komitə rəhbərliyinin xaricə səfərləri zamanı “Qarabağ” həftəsonu məktəblərinin müəllim heyəti və şagirdləri ilə görüşlər keçirildiyi diqqətə çatdırılıb. Gələcəkdə İsveçdə Azərbaycan Evinin açılması müzakirə olunub.

Komitənin şöbə müdirinin müavini Əli Əliyev və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşı Əsgər Nağıyev məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Görüşün sonunda “Qarabağ” məktəbinə hədiyyələr təqdim edilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/stokholmdaki-qarabag-azerbaycan-heftesonu-mektebinde-gorus-kecirilib-4709

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.