Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığına dair mətbuat məlumatı
Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığına dair mətbuat məlumatı
➡️https://t.co/OHORTkLeBo pic.twitter.com/PQC1B87o2g— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 28, 2023
No:040/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığına dair mətbuat məlumatı
27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici işlər naziri Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, Səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.
Nazir Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasının qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
kaynak:https://mfa.gov.az/az/news/no04023